AZ

“Ayntraxt”ın Bakıda mətbuat konfransı və açıq məşqi olmayacaq

Bakı, 19 yanvar, AZƏRTAC

UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda “Qarabağ”la qarşılaşacaq “Ayntraxt”ın Bakıda mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi olmayacaq.

Bu barədə AZƏRTAC-a Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Frankfurt təmsilçisinin mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Almaniyada təşkil olunacaq.

Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçı saat 21:45-də başlayacaq.

Seçilən
144
13
azertag.az

10Mənbələr