AZ

Zinçenkonun yeni klubu açıqlandı

Müqavilə ilə London "Arsenal"ına məxsus olan, icarə əsasında "Nottingem Forest"in formasını geyinən ukraynalı müdafiəçi Aleksandr Zinçenkonun yeni iş yeri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, sözügedən oyunçu "Ayaks"la razılığa gəlib və yaxın 24 saat ərzində tibbi müayinədən keçmək üçün Amsterdama yollanacaq. 

Zinçenko cari mövsümün əvvəlində "meşəbəyilər"ə qoşulub. "Forest"in forması ilə ümumilikdə 10 matça çıxan arxa xətt oyunçusu ümidləri doğrulda bilməyib.

Nihat

Seçilən
111
fanat.az

1Mənbələr