AZ

Ötən il Energetika Nazirliyi və tabeli qurumlara 12 minə yaxın müraciət daxil olub

Bakı, 19 yanvar, AZƏRTAC

Ötən il ərzində Energetika Nazirliyi və tabeli qurumlara 11 min 850 vətəndaş müraciəti daxil olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müraciətlərin 1798-i məlumat (müraciətin geri götürülməsi və təşəkkür), 10 min 52-si isə icra xarakterli olub. Bunlardan 9594-ü müvafiq qaydada icra edilib, 458 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi, təbii qaz təchizatı, bərpaolunan enerji, kadr məsələləri, icazələr və digər mövzularla bağlı olub.

Hesabat dövründə nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 575 vətəndaşla görüş keçirilib və görüşlər zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

 

Seçilən
120
4
azertag.az

5Mənbələr