AZ

On gündür komada olan qazi vəfat etdi

Vətən müharibəsinin qazisi Hüseynov Əsgər Qüdrət oğlu vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Bildirilib ki, bir neçə gün əvvəl Ə.Hüseynovun səhhətində problem yaranıb, tempraturu yüksəlib və o, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Müayinə nəticəsində qazidə pnevmoniya (sətəlcəm, ağciyər iltihabı) aşkarlanıb. Aparılan müalicə effket verməyib, onun tempraturu düşməyib. Nəticədə Ə.Hüseynovun böyrəklərində də problem yaranıb və o, komaya düşüb. On gün komada qalan qazi ağciyər və böyrək çatışmazlığından xəstəxanada dünyasını dəyişib.  

Mərhum bu gün Yeni Suraxanı qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
120
2
yenisabah.az

3Mənbələr