ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yanvarın 17-si saat 11 radələrində Hövsan qəsəbə sakini, 1959-cu il təvəllüdlü Tahir Müseyib oğlu Ağayev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Axar.az xəbər verir ki, digər bir dəm qazından zəhərlənmə halı Gədəbəydə qeydə alınıb.
Belə ki, yanvarın 17-si saat 22 radələrində Zəhmət kənd sakini 1972-ci il təvəllüdlü Rəxşəndə Xanlar qızı Rzayeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.