AZ

Bakıda 61 yaşlı kişi pilləkəndən yıxılıb öldü

ain.az bildirir, Oxu.az portalına istinadən.

Bakıda 61 yaşlı kişi yıxılıb ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi zamanı baş verib.

Qəsəbə sakini, 1965-ci il təvəllüdlü Asif Babayev tikinti sahəsində fəhlə işləyərkən evin pilləkənindən yıxılıb. Ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən A.Babayev orada ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Samir Əli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
90
2
oxu.az

3Mənbələr