Bakı.Trend:
Oğuz rayonunun Padar kəndində qovaq növündən olan ağaclarınkəsilməsi və təbiətə 6 min manatdan artıq maddi ziyan vurulması iləbağlı istintaq araşdırmaları aparılır.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağaclarıkəsməkdə şübhəli bilinən 51 yaşlı İlkin Mustafayev saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsininmüvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davametdirilir.