Qış yorğunluğu adi haldır, lakin bəzən ciddi əsas xəstəliklərin əlaməti ola bilər.
E-saglam.az-ın məlumatına görə, Meditsina klinikasının həkimi və ilkin tibbi yardım həkimi Oksana Serebryakova bildirib ki, soyuq mövsümdə fizioloji yorğunluq qısa gündüz saatları, D vitamini çatışmazlığı və fiziki aktivliyin azalması ilə izah olunur. Lakin, əgər özünüzü pis hiss edirsinizsə və ya spesifik simptomlarla müşayiət olunursa, bu, orqanizmdən xəstəliyin inkişaf etdiyinə dair bir siqnal ola bilər.
Həkimə müraciət etməyinizi tələb edən xəbərdarlıq əlamətləri:
1. Davamlı yuxululuq və apatiya. Əgər onlar 2-3 həftədən çox davam edərsə, bu, depressiya və ya tiroid disfunksiyasını (hipotiroidizm) göstərə bilər.
2. Kifayət qədər istirahət və yuxudan sonra belə davamlı yorğunluq. Bu simptom anemiya, ürək çatışmazlığı və ya 2-ci tip diabetlə müşayiət oluna bilər.
3. Artan susuzluq, tez-tez sidiyə getmə və çəki itkisi dekompensasiya olunmuş diabetin klassik simptomlar triadasıdır.
4. Pilləkənlərə qalxmaq kimi normal fiziki fəaliyyət zamanı ayaqların şişməsi və nəfəs darlığı ürək çatışmazlığının mümkün simptomlarıdır.
Serebryakova vurğulayır ki, əgər yorğunluq işə, ünsiyyətə və ya gündəlik işlərə mane olursa, tibbi müayinə zəruridir.
Tərcümə: Könül Oruc
E-saglam.az