Ədliyyə Nazirliyi Azərbaycan Xalq Partiyasının (AXP) sonuncu qurultayının nəticəsini təsdiqləyib. Bu barədə partiya sədri Qiyas Sadıqov məlumat verib.
Xatırladaq ki, Pənah Hüseyn 1999-cu ildə təsis etdiyi AXP-nin ilk sədri olub. Sabiq baş nazir 2025-ci il iyunun 16-da partiya sədrinin səlahiyyətlərinin icrasını müavini Qiyas Sadıqova həvalə etmişdi.
AXP-nin dekabrın 14-də keçirilən qurultayında Qiyas Sadıqov AXP-yə sədr seçilib.
"Cebheinfo.az"