Seneqal millisinin və "Əl-Nəsr"in futbolçusu Sadio Mane yığmadakı gələcəyi ilə bağlı danışıb.
QOL.az xəbər verir ki, 33 yaşlı hücumçu bu haqda Afrika Millətlər Kubokunda "Mərakeş"i üstələyərək qalib olduqları (1:0) final matçından sonra açıqlamasında bildirib. O, növbəti Afrika Millətlər Kubokunda oynamayacağını deyib:
"Təəssüf ki, bu, Afrika Millətlər Kubokundakı son oyunum idi. Amma mən həmişə Seneqala azarkeşlik edən 12-ci oyunçu olacağam".
Qeyd edək ki, növbəti Afrika Millətlər Kuboku 2027-ci ildə keçiriləcək.