AZ

Ötən il keçirilən Aqrar Biznes Festivallarına 38 mindən çox fermer cəlb edilib

Son illər ərzində bölgələrdə ümumilikdə 90 Aqrar Biznes Festivalı keçirilib. Bunlardan 32-si 2025-ci ildə baş tutub.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən il keçirilən festivallarda ümumilikdə 421 907 nəfər iştirak edib, bunların 38 492 nəfəri fermer, 383 415 nəfəri isə ziyarətçi olub.

Festivallar çərçivəsində təkcə 2025-ci ildə bölgələrdə rayon icra hakimiyyətləri ilə birgə 19 Məhsul Festivalı təşkil olunub.

Aqrar Biznes Festivalları çərçivəsində 2025-ci ildə ölkənin 8 iqtisadi rayonunda 14 toxum sərgi-satış yarmarkası, kredit yarmarkaları, “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində “Bootcamp” proqramları təşkil olunub.

Seçilən
41
vergiler.az

1Mənbələr