Azərbaycanın Türkiyədəki hərbi attaşesi və səfirlik nümayəndələri C-130 təyyarə qəzasında şəhid olan hərbçinin ailəsini ziyarət edib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Azərbaycanın Türkiyə Respublikasındakı Səfirliyi nəzdində hərbi attaşe, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Zeynalov, Hərbi Attaşelik Aparatının nümayəndələri və Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndələri şəhid pilot, polkovnik-leytenant Gökhan Qorxmazın ailəsini ziyarət ediblər.
Ziyarət zamanı şəhidin ailəsinə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başsağlığı mesajı çatdırılıb.
Qeyd edək ki, yaxın günlərdə təyyarə qəzasında şəhid olan 20 hərbçinin ailəsinin də ziyarət olunması nəzərdə tutulub.