AZ

Kamo Tsutsulyan Ermənistanın polis rəisi təyin edildi

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Kamo Tsutsulyan polis rəisi - Ermənistan daxili işlər nazirinin müavini təyin edilib.

Bakıvaxtı.az-ın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, müvafiq qərarlar Ermənistan hökumətinin rəsmi saytında dərc olunub.

O daha əvvəl, Daxili İşlər Nazirliyi (DİN) Xilasetmə Xidmətinin direktoru - daxili işlər nazirinin müavini vəzifəsindən azad edilib.

Baş nazirin digər qərarı ilə Aram Qazaryan polis rəisi - daxili işlər nazirinin müavini vəzifəsindən azad edilərək qurumun Xilasetmə Xidmətinin direktoru - Ermənistan daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilib.

A.Qazaryan 2025-ci ilin iyun ayından DİN-in polis rəisi vəzifəsini tutub. K.Tsutsulyan isə 2023-cü ilin yanvarında Xilasetmə Xidmətinin direktoru təyin edilmişdi./Report

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
103
1
bakivaxti.az

2Mənbələr