AZ

Azərbaycan Serbiyaya təbii qaz ixracını artırıb

Bakı. Trend:

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Serbiyaya106,4 milyon ABŞ dolları dəyərində 192,6 milyon kubmetr təbii qaz(qaz şəklində) ixrac olunub.

Trend bu barədəDövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pulifadəsində bu göstərici 92,1 milyon ABŞ dolları və ya 7,4 dəfəçoxdur, həcm baxımından isə 154,1 milyon kubmetr və ya 5 dəfəçoxdur.

Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında AzərbaycanSerbiyaya təxminən 38,5 milyon kubmetr həcmində 14,3 milyon ABŞdollarına yaxın məbləğdə təbii qaz satıb.

Qeyd edək ki, ümumilikdə 2025-ci ilin yanvar-noyabr aylarıərzində Azərbaycan 8,117 milyard ABŞ dolları dəyərində 22,804milyard kubmetr təbii qaz ixrac edib. 2024-cü ilin eyni dövrü iləmüqayisədə bu dəyər ifadəsində 513,3 milyon ABŞ dolları və ya 6,7faiz çoxdur, həcm baxımından isə 718 milyon kubmetr və ya 3 faizartım qeydə alınıb.

Eyni zamanda, 2025-ci ilin ilk 11 ayı ərzində Azərbaycana252,168 milyon kubmetr təbii qaz idxal olunub və bunun dəyəri39,151 milyon ABŞ dolları olub. Bir il əvvəlki göstəricilərləmüqayisədə, dəyər baxımından 42,8 milyon ABŞ dolları və ya 2,1 dəfəartım, həcm baxımından isə 261,4 milyon kubmetr və ya 2 dəfə azalmaqeydə alınıb.

Məqalədə:
Seçilən
158
6
az.trend.az

3Mənbələr