AZ

İsrail və ABŞ arasında fikir ayrılığı var – Netanyahudan etiraf

“İsrail ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə irəli sürülmüş sülh planının növbəti “B mərhələsi”nə yaxınlaşır”.

NOCOMMENT.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O, bildirib ki, sözügedən mərhələ ABŞ-nin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında əldə edilmiş atəşkəs razılaşmasının davamı hesab olunur.

Netanyahu Knessetdə Qəzza ilə bağlı sülh planının ikinci mərhələsinə keçid mövzusunda keçirilən plenar iclasda çıxışı zamanı vurğulayıb ki, anklavda nə Türkiyə, nə də Qətər hərbçiləri yerləşdiriləcək.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı İsrailin Amerika Birləşmiş Ştatları ilə müəyyən fikir ayrılıqları mövcuddur.

“Qəzza sektorunda nə türk, nə də qətərli əsgərlər olacaq. ABŞ-dəki dostlarımızla Qəzzada prosesləri müşayiət edəcək məsləhətçi şuranın tərkibi ilə bağlı bəzi fikir ayrılıqlarımız var”, – deyə baş nazir bildirib.

Netanyahu əlavə edib ki, İsrail “B mərhələsi”nə yaxınlaşsa da, razılaşmanın birinci mərhələsinə uyğun olaraq həlak olmuş girov Ran Gvilinin nəşinin qaytarılmasını hələ də gözləyir.

Bununla yanaşı, İsrailin baş naziri Tehranı İsrailə qarşı mümkün hücumdan çəkindirib. “Əgər İran səhv edərək bizə hücum etsə, buna indiyədək görünməmiş güclə cavab verəcəyik”, – deyə Netanyahu xəbərdarlıq edib.

Aliyə

Seçilən
107
nocomment.az

1Mənbələr