AZ

Niderland millisinin qapıçısı sıradan çıxdı

Niderland millisinin və Almaniyanın "Bayer Leverkuzen" klubunun qapıçısı Mark Flekken iki ay komandasına kömək edə bilməyəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Florian Plettenberq yayıb.

Məlumata görə, 32 yaşlı qolkiper "Hoffenhaym"a uduzduqları (0:1) Bundesliqa oyununda zədələnib.

Tibbi müayinədən sonra futbolçuya sağ diz bağlarının qopması diaqnozu qoyulub. 

Flekken cari mövsüm bütün turnirlərdə 26 matça çıxıb.

Seçilən
122
1
fanat.az

2Mənbələr