AZ

Ötən il Azərbaycan əhalisi benzinə nə qədər pul xərcləyib?

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Ötən il Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3 milyard 856,3 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 7,8 % çoxdur.Ötən il ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,7 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 67,6 milyard manatlıq, o cümlədən 36,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 30,7 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 %, qeyri-ərzaq malları üzrə 6,8 % artıb.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
131
6
bizim.media

5Mənbələr