“Barselona” yay transfer pəncərəsi üçün əsas hədəfini müəyyənləşdirib.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu “Atletiko Madrid”in hücumçusu Xulian Alvaresi heyətinə qatmaq istəyir və bu keçidi reallaşdırmaqda israrlıdır.
Argentinalı forvard bu mövsüm 27 oyunda 11 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. “Transfermarkt” Alvaresin dəyərini 100 milyon avro olaraq göstərir.