Fransalı yarımmüdafiəçi Nqolo Kante “Əl-İttihad”dan ayrılaraq Avropaya dönə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun transferində əsas namizəd “Fənərbağça”dır. Premyer Liqadan da bir klubun Kante ilə maraqlandığı bildirilir.
34 yaşlı futbolçu 2023-cü ildən Səudiyyə Ərəbistanında çıxış edir.
Onun “Əl-İttihad”la müqaviləsi 2026-cı ilin yayına qədərdir və bazar dəyəri 4,5 milyon avro göstərilir.