AZ

Azərbaycandan İtaliyaya ixrac olunan təbii qazın həcmi açıqlandı

Bakı. Trend:

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan İtaliyaya4,234 milyard ABŞ dolları dəyərində 8,775 milyard kubmetr təbii qazixrac olunub.

Trend bu barədəDövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricidəyər ifadəsində 597 milyon ABŞ dolları və ya 16,4 faiz çoxdur ,həcm baxımından isə 156 milyon kubmetr və ya 1,8 azdır.

Müqayisə üçün 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandanİtaliyaya ümumilikdə 3,637 milyard ABŞ dolları dəyərində 8,931milyard kubmetr təbii qaz ixrac olunub.

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan xaricəümumilikdə 8,117 milyard ABŞ dolları dəyərində 22,804 milyardkubmetr təbii qaz ixrac edilib. Bu, 2024-cü ilin eyni dövründəkigöstərici ilə müqayisədə dəyər ifadəsində 513,3 milyon ABŞ dollarıvə ya 6,7% çox, həcm baxımından isə 718 milyon kubmetr və ya 3%azdır.

Eyni zamanda 2025-ci ilin ilk 11 ayında Azərbaycana 39,151milyon ABŞ dolları dəyərində 252,168 milyon kubmetr təbii qaz idxaledilib. Bu isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyərifadəsində 42,8 milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm baxımındanisə 261,4 milyon kubmetr və yaxud 2 dəfə azdır.

Məqalədə:
Seçilən
97
3
az.trend.az

4Mənbələr