AZ

Güclü qara baxmayaraq “Azərişıq” Cəlilabadda elektrik enerjisinin bərpasını davam etdirir

BAKI, 20 yanvar. TELEQRAF

Ölkə ərazisində yağan güclü qar Cəlilabad rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində çətinliklər yaradıb.

Teleqraf xəbər verir ki, külək və qar xətlərdə qəzalara səbəb olub. Qar bağlayan yollarda nəqliyyatla hərəkət etmək, kəndlərə gediş-gəliş çətinləşib. Şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları bir neçə gündür böyük fədakarlıqla həm Cəlilabadda, həm də güclü qar yağan digər rayonlarda baş vermiş qəzaları aradan qaldırmaq üçün fasiləsiz işləyir.

Artıq bir çox yerlərdə enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək.

Seçilən
158
11
teleqraf.com

10Mənbələr