AZ

"Aston Villa"nın futbolçusu mövsümü başa vurdu

style='margin-bottom:10px;'>

"Aston Villa" ciddi itki ilə üzləşib.

QOL.az xəbər verir ki, "The Athletic"in məlumatına görə, Birminqem təmsilçisinin yarımmüdafiəçisi Bubakar Kamara dizindən aldığı ağır zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vurub.

26 yaşlı fransız futbolçu yanvarın 10-da İngiltərə Kubokunun 3-cü mərhələsində "Tottenhem"lə matçın (2:1) əvvəlində sıradan çıxıb. İlkin müayinələr zamanı onun 2-3 həftəyə sıraya dönəcəyi ehtimal edilsə də, əlavə testlər bərpa prosesinin aylarla davam edəcəyini təsdiqləyib.

Qeyd edək ki, bu, Kamaranın klubdakı ikinci ciddi zədəsidir. O, 2024-cü ilin fevralında dizin çarpaz bağlarını qırmış və 8 ay futbolsuz qalmışdı. Bu mövsüm Premyer Liqada 17 oyunda start heyətində yer alan dayaq yarımmüdafiəçisinin yoxluğu baş məşqçi Unai Emerinin komandasının Çempionlar Liqası yolunda ciddi itki kimi qiymətləndirilir.

Seçilən
116
2
teleqraf.com

5Mənbələr