AZ

Mark Qehi “Mançester Siti”də – Rəsmi – ARENA.AZ

İngiltərənin “Kristal Pelas” klubunun mərkəz hücumçusu Mark Qehi bundan sonra “Mançester Siti”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Mançester nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Şəhərlilər” bu transfer üçün “Kristal Pelas”a 23 milyon avro ödəyib. İngiltərə millisinin də üzvü olan müdafiəçi yeni klubu ilə 5,5 illik (2031-ci ilin 30 iyununadək) müqaviləyə imza atıb.

Xatırladaq ki, bu, “Mançester Siti”nin yanvar ayındakı ikinci transferidir. Klub daha əvvəl yanvarın 9-da “Bornmut”dan Antuan Semenyonu 62,5 milyon funt sterlinq qarşılığında heyətinə qatmışdı.

“Çelsi” yetirməsi olan Mark Qehi 2021-ci ildən çıxış etdiyi “Kristal Pelas”da 188 oyun keçirib, 11 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. Qehi bir müddət “Suonsi Siti”də icarədə də olub.

İngiltərənin müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Qehi 2022-ci ildə debüt etdiyi əsas millinin heyətində 26 oyuna çıxıb, 1 qol vurub, 1 assist edib.

“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
20
24
arena.az

10Mənbələr