AZ

Futbol üzrə dünya çempionatı BOYKOT KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropada ABŞ-nin Qrenlandiyanı özünə birləşdirmək niyyəti ilə bağlı Donald Trampın mövqeyinə görə qarşıdan gələn futbol üzrə dünya çempionatının boykot edilməsi ciddi şəkildə müzakirə olunur.

KONKRET.az xəbər verir ki, mundialda iştirakdan imtina edilməsi barədə artıq Almaniya və Fransada bir sıra futbol funksionerləri açıqlama veriblər. Oxşar çağırışlar Böyük Britaniya parlamentində də səslənir. The Economist nəşri isə iddia edir ki, bu məsələ Brüsseldə Avropa Parlamenti səviyyəsində müzakirə olunur.

Bu il dünya çempionatının boykot edilməsi ilə bağlı çağırışlar daha əvvəl də səsləndirilmişdi — ABŞ ordusunun Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsindən sonra. Xüsusilə turnirin keçirilməsi hüququnun ABŞ-dən alınaraq bütün oyunların Kanada və Meksikaya köçürülməsi təklif olunurdu.

Azarkeşlər də etiraz aksiyalarına qoşulurlar.

Natiq Səlim,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
106
1
konkret.az

2Mənbələr