ain.az bildirir, Bizim media portalına istinadən.
Xaçmazda milliyyətcə rus olan müəllimə infarktdan vəfat edib.Məlumatı Bizim.Media-nın yerli bürosuna mərhumun rus dili müəllimi işlədiyi Xaçmaz şəhər 9 saylı tam orta məktəbin direktoru Gülnar Hüseynova təsdiq edib. O, 1966-cı il təvəllüdlü Nadejda Krilovna Mürsəlovanın 1988-ci ildən müəllim işlədiyini bildirib. Qeyd edib ki, o 2020-ci ildən 9 saylı məktəbdə işləyirmiş. Ailəsinin dediyinə görə o evdə infarkt keçirib.Nadejda Mürsəlova yerli ruslardan olub və o azərbaycanlı ilə evli olub. İki uşaq anası idi.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.