AZ

Azərbaycanda mal qara, qoyun keçi sürətlə AZALIR

Modern.az saytına istinadən ain.az xəbər verir.

2026-cı il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6 757,8 min baş qoyun və keçi, 2 435,5 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 207,1 min baş inək və camış mövcud olub. İribuynuzlu mal-qaranın 49,6 faizini inək və camışlar təşkil edir.Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin illik hesabatında bildirilib.Hesabatdakı göstəricilər Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın xeyli azaldığını deməyə əsas verir.Belə ki, bir il öncə - 2025-cı il yanvarın 1-i vəziyyətinə ölkədə 2 465,6 min baş iribuynuzlu mal-qara olub. Bu isə bir il ərzində 30,1 min baş azalma deməkdir.2025-cı il yanvarın 1-də xırdabuynuzlu heyvanların (qoyun-keçi) sayı 6 896,5 baş olub. Ötən bir il ərzində qoyun-keçilərin sayı 138,7 min baş azalıb.Ölkədə donuzların da baş sayı azalıb. Belə ki, 2025-cı il yanvarın 1-də 3 103 baş donuz qeydə alınmışdısa, 2026-cı il yanvarın 1-də 2 890 baş olub.A.Qorxmaz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
2
modern.az

3Mənbələr