AZ

Danimarka və NATO Qrenlandiyanın strateji obyektlərinin müdafiəsini sınaqdan keçirir

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Danimarkanın Qrenlandiyada bir neçə NATO ölkəsinin kontingentlərinin iştirakı ilə keçirdiyi “Arktik Dözümlülük” (Operation Arctic Endurance) adlı hərbi təlimlərin məqsədi adanın kritik əhəmiyyətli infrastrukturunun müdafiəsi üzrə fəaliyyətlərin məşq edilməsidir.

Buizimyol.info xəbər verir ki, Krallığın Silahlı Qüvvələrinin Arktika regionu üzrə komandanı general-mayor Sören Andersen bildirib ki, hazırda Qrenlandiya üçün heç bir hərbi təhlükə mövcud deyil.

“Hazırda Qrenlandiya üçün hərbi təhlükə yoxdur. Həmçinin NATO-nun hansısa ölkəsinin digər NATO ölkəsinə hücum edəcəyini də görmürəm. Mən bunu qətiyyən görmürəm. Biz burada — Nuuk və Kangerlussuaqda — kritik əhəmiyyətli infrastrukturun müdafiəsi üzrə təlimlər keçiririk”, — deyə Andersenin verdiyi açıqlamanı Qrenlandiyanın "Sermitsiaq" nəşri dərc edib.

Qrenlandiyada son NATO təlimləri 2025-ci ilin iyul, avqust və sentyabr aylarında baş tutub. Bu dəfəki təlimlərdə əsas diqqət fərqli hava şəraitində — qar örtüyünün olduğu və günün böyük hissəsinin qaranlıq keçdiyi dövrlərdə əməliyyatların tətbiqinin yolanmasına yönəlib.

Andersenin sözlərinə görə, təlim proqramı əvvəlki ilə eynidir, lakin “Arktik Dözümlülük” bu dəfə əvvəlki təlimlərlə müqayisədə daha uzun müddət davam edəcək.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
bizimyol.info

1Mənbələr