AZ

İnyaki Uilyams sıradan çıxdı – ARENA.AZ

Futbol üzrə Qana yığma komandasının və Bilbao “Atletik”inin (İspaniya) sağ cinah hücumçusu İnyaki Uilyams zədələnib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu məşq zamanı sol baldır əzələsindən zədə alıb və məşqi vaxtından əvvəl tərk edib. Bildirilib ki, zədə yüngül–orta dərəcəlidir və futbolçu hazırda müalicə və bərpa mərhələsindədir.

Xatırladaq ki, İnyaki Uilyams La Liqada müstəsna rekordun müəllifidir. Qanalı hücumçu 2016-cı ilin aprelindən 2023-cü ilin yanvarına qədər heç bir liqa oyunun qaçırmadan 251 oyundan ibarət rekord müəyyənləşdirmişdi.

İnyaki Uilyams “Pamplona”nın yetirməsidir. Buradan “Atletik”ə yol tapmış hücumçu “Baskoniya”ya oynayıb və ardınca özünün sübut edərək, “Atletik”in əsas heyətinə düşüb.

Cari mövsmüdə Uilyams “Atlatik”in heyətində bütün yarışlarda 19 oyuna 1 qol vurub. Qanalı hücumçunun bask klubnun heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 490 oyun, 112 qol, 64 məhsuldar ötürmə.

İnyaki Uilyams 2022-ci ilin sentyabrında debüt etdiyi Qana yığmasının heyətində 25 oyun keçirib, 2 qol vurub. Uilyams əvvəllər seçimini İspaniyanın xeyrinə edib. U-21 yığmasında çıxışının ardından Uilyams İspaniya yığmasının əsas heyətində debüt edib, məhsudlar fəaliyyəti ilə diqqət çəkməyib. Elə, bu bircə oyunla da Uilyamsın İspaniya yığmasında çıxışı başa çatıb. Sonra isə Uilyams seçmini tarixi vətəni Qananın xeyrinə edib.

Uilyamsın qənimətlər muzeyində “Atletik”lə qazandığı İspaniya Kral Kuboku (2023/2024) və 2 İspaniya Super Kuboku (2015/2016, 2020/2021) var.

“Transfermarkt” internet-portalı 31 yaşlı vingerin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
45
24
arena.az

10Mənbələr