AZ

Azərbaycanın ən bahalı qoruqları hansılardır? - BİLET QİYMƏTLƏRİ

Bakı.Trend:

Dövlət Turizm Agentliyinin tabeliyində 20-yə yaxın qoruq vəmuzey fəaliyyət göstərir. Həmin qoruq və muzeylərin idarə edilməsiDövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi tərəfindənhəyata keçirilir.

Həmin qoruq və muzeylərə giriş üçün nə qədər ödəniş tələbedilir?

Qoruqları İdarəetmə Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,2026-cı il yanvarın 1-dən etibarən Dövlət Turizm Agentliyinintabeliyindəki bəzi qoruq və muzeylərə xarici vətəndaşlar üçün girişqiymətlərində dəyişikliklər tətbiq edilib.

“2026-cı il yanvarın 1-dən başlayaraq xarici ölkə vətəndaşlarına“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi”Dövlət Tarix-Memarlıq, “Kiş” Tarix-Memarlıq (Alban məbədi)qoruqlarına, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun Şəki xansarayına, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun balansındakı“Diri Baba” türbəsinə giriş qiyməti 15 manat təşkil edir. 2026-cıil yanvarın 1-ə qədər bu turizm obyektlərinə xarici vətəndaşlarüçün giriş biletinin qiyməti 9 manat təşkil edirdi”.

Mərkəzdən qeyd edilib ki, xarici ölkə vətəndaşları üçün güzəştkateqoriyasına aid kombinə olunmuş biletlər də mövcuddur. “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və “Atəşgah məbədi”Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət üçün nəzərdə tutulmuşkombinə edilmiş bilet 25 manat təşkil edir.

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi”Dövlət Tarix-Memarlıq qoruqlarını və Palçıq Vulkanları TurizmKompleksini ziyarət üçün nəzərdə tutulmuş kombinə edilmiş bilet 35manatdır. Kombinə olunmuş biletlər yalnız bir nəfər üçün nəzərdətutulub və ilk istifadədən sonra 72 saat müddətində yararlıdır.Xarici ölkə vətəndaşlarının 12 yaşınadək uşaqlarına qoruq vəmuzeylərə giriş ödənişsizdir”.

Məlumatda vurğulanıb ki, Azərbaycan Respublikasının vətəndaşlarıüçün qoruq və muzeylərə giriş qiymətində hər hansı dəyişiklikyoxdur.

"Azərbaycan Respublikasının vətəndaşları üçün “Yanar dağ” DövlətTarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq,“Yuxarı Baş” Milli Tarix-Memarlıq (Şəki xan sarayı, Şəkixanovlarınevi), “Kiş” Tarix-Memarlıq (Alban məbədi), “Basqal” DövlətTarix-Mədəniyyət (“Hamam” sərgi zalı, “Diri Baba” türbəsi)qoruqlarına, Lahıc Tarix-Diyarşünaslıq, Şəki Tarix-Diyarşünaslıq,Şəki Xalq Tətbiqi Sənət muzeylərinə, Şəki Dövlət Rəsm Qalereyasınagiriş qiyməti 2 manat, tələbələr üçün 1 manat təşkil edir. PalçıqVulkanları Turizm Kompleksinə isə ölkə vətəndaşlarına giriş qiyməti5 manat, eyni zamanda tələbələr üçün 3 manat təşkil edir".

Mərkəzdən əlavə edilib ki, Azərbaycan Respublikasıvətəndaşlarından əlilliyi olan şəxslər, azyaşlı uşaqlar vəməktəblilər, müharibə veteranları, qazilər və onların birincidərəcəli ailə üzvləri, şəhidlərin birinci dərəcəli ailə üzvləriüçün qoruq və muzeylərə giriş ödənişsizdir.

Seçilən
36
6
az.trend.az

7Mənbələr