AZ

“ABŞ nin dəvəti Azərbaycanın beynəlxalq nüfuzunu göstərir” ŞƏRH

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“ABŞ Prezidenti Donald Trampın Azərbaycanı “Qəzza Sülh Şurası”nda iştirak etməyə dəvət etməsi sadəcə diplomatik akt deyil, Azərbaycanın beynəlxalq sistemdə və regionda artan çəkisinin, etibarlı siyasi aktor kimi qəbul olunmasının göstəricisidir”.

Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Amid Əliyev deyib:

“Bu addım tarixi bir presedentdir. Azərbaycan ABŞ-la birlikdə Əfqanıstanda, İraqda və Kosovoda sülhü qoruma və sülhyaratma əməliyyatlarında iştirak edib. “Qəzza Sülh Şurası”nda iştirak üçün dəvət isə məzmunca bu siyasətin səviyyəcə daha yüksək pilləsinə uyğun hesab olunur. Burada sülhün qorunması silah yolu ilə deyil, diplomatik vasitələrlə təmin olunması ön plana çıxır.

Bu dəvət həm də Vaşinqtonun Yaxın Şərq strategiyasında yeni yanaşmaya keçdiyini göstərir. Prosesə yalnız klassik güc mərkəzlərini deyil, balanslı, legitim və dialoq qura bilən ölkələri cəlb etmək niyyəti ortaya çıxır”.

Politoloq hesab edir ki, Azərbaycanın bu prosesdə iştirakı yüksək qiymətləndirilir:

“Çünki ölkə İsraillə strateji tərəfdaşlıq münasibətlərinə malikdir və eyni zamanda İslam dünyasının üzvü olaraq Fələstin məsələsində humanitar və prinsipial mövqe tutur. Bu xüsusiyyətlər rəsmi Bakını qarşıdurmalar arasında körpü rolunu oynaya bilən nadir aktorlardan birinə çevirir.

Ölkə başçısı yanvarın 5-də verdiyi müsahibədə Azərbaycanın yalnız humanitar və sülhlə bağlı planlarda iştirakının mümkünlüyünü vurğulayıb. Bu dəvət Azərbaycanın qlobal sülh memarlığında yer almağı deməkdir. 2020-ci ildən sonra hərbi-siyasi reallıqları dəyişmiş və ərazi bütövlüyünü bərpa etmiş ölkə, bu uğuru diplomatik kapitala çevirməyə başlayır”.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
icma.az

1Mənbələr