AZ

İrandan Azərbaycana qeyri-neft məhsul ixracı azalıb

Bakı. Trend:

Cari İran ilinin 9 ayı (20 mart -21 dekabr 2025) ərzində İranınAzərbaycana qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə(21 mart -20 dekabr 2024) müqayisədə dəyər baxımından 15%, çəkibaxımından 0,5% azalıb.

Trend bu barədəİranın Gömrük Administrasiyasının statistikasına istinadən xəbərverir.

Statistikaya əsasən, 9 ay ərzində İranın Azərbaycana qeyri-neftməhsul ixracı təxminən 436 milyon dollar dəyərində təxminən 647 minton təşkil edib.

Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İranınAzərbaycana qeyri-neft məhsul ixracı 512 milyon dollardan çoxdəyərdə təxminən 650 min ton təşkil edib.

Məlumata görə, İran Azərbaycana əsasən kənd təsərrüfatı və ərzaqməhsullar, sənaye məhsulları, neft-kimya və kimyəvi məhsullar ixracedib.

Statistikada qeyd olunur ki, 9 ay ərzində İranın Azərbaycanlaqeyri-neft məhsul ticarəti 445 milyon dollar dəyərində təxminən 651min ton təşkil edib. Ticarət dövriyyəsi ötən ilin analoji dövrü iləmüqayisədə dəyər baxımından 17%, çəki baxımından 1,48% azalıb.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasınaəsasən, cari İran ilinin 9 ayı ərzində İranın məhsul ixracı 41,2milyard dollar dəyərində təxminən 119 milyon ton təşkil edib.Məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyərbaxımından 5,78% azalıb, çəki baxımından 1% artıb.

Məqalədə:
Seçilən
127
az.trend.az

1Mənbələr