Azərbaycanlı hücumçu Orxan Əliyevin komandası - Qırğızıstanın "Ozqon" klubu Türkiyədə təlim-məşq toplanışındadır.
Fanat.Az xəbər verir ki, azərbaycanlı forvardın komandası iki yoxlama görüşü keçirib və o, hər iki matçda fərqlənib.
Belə ki, Əliyev ilk matçda “Çakvari”yə (1:1), ikinci görüşdə isə “Çayka”ya (3:2) qol vurub.
Xatırladaq ki, Orxanın komandasında digər azərbaycanlılar - Ramin Əhmədov və İldar Ələkbərov da forma geyinir.