AZ

Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Bakı.Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşımaxidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlərçərçivəsində Bakı–Mingəçevir, Bakı–Qax, Bakı–İsmayıllı,Sumqayıt–Ağdam, Gəncə–Şamaxı, Gəncə–Masallı, Mingəçevir–Tərtər,Mingəçevir–Zərdab, Yevlax–Lənkəran, Ağdaş–Gəncə, Şəki–Mingəçevir,Şəki–Oğuz, İmişli–Gəncə, Bərdə–Gəncə, Qəbələ–Gəncə,Lənkəran–Sumqayıt, Beyləqan–Gəncə, İsmayıllı–Göyçay, Gəncə–Gədəbəy,Gədəbəy–Gəncə, Gəncə–Qazax və Qazax–Gəncə şəhərlərarası, həmçininBakıətrafı ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyataəlçatanlığının, eləcə də yaşayış məntəqələrinin sosial və ictimaiobyektlərlə əlaqəliliyinin təmin edilməsi məqsədilə magistralxətlərlə əlaqələndirilən 122, 192, 196, 448, 510 və 512 nömrəliyeni şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarıilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkiledilir.

Sənədlər 19 fevral 2026-cı il saat 17:00-dək Azərbaycan YerüstüNəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5;əlaqələndirici şəxs: Anar Məmmədov (Mob 077-455-99-06, e-poçt:[email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyatnəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Mingəçevir,Bakı–Qax, Bakı–İsmayıllı, Sumqayıt–Ağdam, Gəncə–Şamaxı vəGəncə–Masallı istiqamətlərində 6 lot üzrə fevtalın 24-də;

Mingəçevir–Tərtər, Mingəçevir–Zərdab, Yevlax–Lənkəran,Ağdaş–Gəncə, Şəki–Mingəçevir və Şəki–Oğuz istiqamətlərində 6 lotüzrə fevralın 27-də;

İmişli–Gəncə, Bərdə–Gəncə, Qəbələ–Gəncə, Lənkəran–Sumqayıt,Beyləqan– Gəncə və İsmayıllı–Göyçay istiqamətlərində 6 lot üzrəmartın 3-də;

Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə və Gəncə-Qazax istiqamətlərində 6lot üzrə martın 6-da;

Gəncə-Qazax və Qazax-Gəncə istiqamətlərində 6 lot üzrə martın10-da;

122 nömrəli (Maştağa qəsəbəsi – Ramana qəsəbəsi (“Şuşaşəhərciyi” y/m)), 192 nömrəli (Qobustan qəsəbədaxili), 196 nömrəli(Çeyildağ qəsəbəsi – Sahil qəsəbəsi), 448 nömrəli (Mərdəkanqəsəbəsi – Şüvəlan qəsəbəsi (“Mayak bağları”) və 512 nömrəli (AşağıGüzdək qəsəbəsi – Müşfiqabad qəsəbəsi (Seyid Əzim Şirvani, Kərpiczavodu)) şəhərətrafı avtobus marşrutları üzrə 6 lotda martın 13-dəbaxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradanəldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələliqaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsindəgöstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığınınartırılmasıdır.

Məqalədə:
Seçilən
178
9
az.trend.az

10Mənbələr