AZ

Elektron satınalmaların sayı və məbləği açıqlanıb

2025-ci ilin yanvar-noyabr ayları ərzində keçirilən elektron satınalmaların sayı 8411, məbləği isə 4,1 milyard manat təşkil edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə elektron satınalmaların sayında 6,4 faiz, məbləğ üzrə isə 16,5 faiz artım müşahidə edilib.

Hesabat dövründə açılışı baş tutan müsabiqələr üzrə orta təchizatçı sayı 3,5 təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə açılışı baş tutan satınalmalarda orta iştirakçı sayı üzrə ümumilikdə 2,9 faiz artım qeydə alınıb.

Seçilən
133
3
vergiler.az

4Mənbələr