AZ

Tək qorxduğum kişi Mamed dir

ain.az, Milli.az saytına istinadən bildirir.

Müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında etdiyi paylaşım ilə diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, sənətçi paylaşımında həyatda qorxduğu yeganə şəxsin adını açıqlayıb və həmkarları ilə bağlı yayılan qohumluq iddialarına münasibət bildirib.

Fərmanqızı qeyd edib ki, onun həyatda tək qorxduğu şəxs "Mamed"dir (Məmməd):

"Həyatda tək qorxduğum şəxs "Mamed"dir. Sağ olsun ki, bütün dəliliyimə dözür".

Müğənni həmçinin sənət cameəsi ilə münasibətlərinə də toxunaraq bildirib ki, müğənnilərə dost kimi hörmət bəsləmək mümkündür. O, bu mövzuda səslənən fikirlərə münasibətini belə ifadə edib:

"Müğənnilərə də dost kimi hörmət qoya bilərəm. Əgər ayrı oğlum olsaydı, müğənni ailəsindən qız alardım".

Afət Fərmanqızının bu açıqlamaları sosial şəbəkə istifadəçiləri arasında marağa və müzakirələrə səbəb olub.

Musa

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
3
news.milli.az

4Mənbələr