AZ

Azərbaycan pomidorunun dəyəri 190 milyon dolları ötüb

2025-ci ildə Azərbaycan 172.863,89 ton pomidor ixrac edib ki, bu da 2024-cü illə müqayisədə 18,7% artım deməkdir.

Ölkə.Az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.

Dəyər baxımından ixrac həcmi 9,7% artaraq 192.470.540 dollara çatıb.

Hesabat dövründə pomidor ixracı Azərbaycanın ümumi ixracının 0,77%-ni təşkil edib (2024-cü ildə 0,66%).

Seçilən
22
olke.az

1Mənbələr