AZ

"Regional" BOKT MMC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

BAKI, TurkicWorld

21 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Regional" BOKT MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"Regional" BOKT MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2005023406

İstiqrazın növü və forması

Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu / forması

Kütləvi / Birqiymətli Hərrac

İstiqrazların sayı

10,000 (ədəd)

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların buraxılış həcmi

1,000,000 manat

İllik gəlirlilik faizi

16%

Ödəmə periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir

Tədavül müddəti

3 il

Ticarətə buraxılma tarixi

Emitent tərəfindən bildiriləcək

Anderrayter

“Xalq Kapital İnvestisiya Şirkəti” QSC

Seçilən
4
3
turkic.world

5Mənbələr