AZ

FINCA Azerbaijan 1 dollar borc alır

ain.az, Marja.az portalına istinadən məlumat yayır.

21 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin 1 milyon dollarlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "FINCA Azerbaijan" MM QBKT

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2013019206

İstiqrazların növü və forması:  Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Rəqabətli hərrac

İstiqrazların sayı:  10 000 ədəd

İlkin ticarət qiyməti: 100 ABŞ dolları

İstiqrazların buraxılış həcmi: 1 000 000 ABŞ dolları

İllik gəlirlilik faizi: 9%

Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti: 24 ay

Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək

Anderrayter:   “Unicapital İnvestisiya Şirkəti” ASC

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
marja.az

5Mənbələr