ain.az, Marja.az portalına istinadən məlumat yayır.
21 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin 1 milyon dollarlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "FINCA Azerbaijan" MM QBKT
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2013019206
İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı: 10 000 ədəd
İlkin ticarət qiyməti: 100 ABŞ dolları
İstiqrazların buraxılış həcmi: 1 000 000 ABŞ dolları
İllik gəlirlilik faizi: 9%
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti: 24 ay
Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək
Anderrayter: “Unicapital İnvestisiya Şirkəti” ASC
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.