ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çinin cənub-qərbindəki Yunnan əyalətində baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 1907 evə və 8 məktəb binasına ziyan dəyib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, əyalət hökumətinin məlumatına görə zərər dəyən evlərdən 334 sakin təxliyə edilib. Bundan başqa, yollarda 500-ə yaxın yerdə çat əmələ gəlib.
Qeyd edək ki, yanvarın 19-da əyalətin Çiaocia rayonunda 5,1 bal gücündə zəlzələ olub. İnsan ölümü qeydə alınmayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.