AZ

Buraxılış imtahanları ilə bağlı TƏKZİB » AzadMedia.az


Sosial media platformalarında buraxılış imtahanları ilə bağlı yayılan poster Dövlət İmtahan Mərkəzinin əvvəlki illərə aid köhnə məlumatlarıdır.
DİM-dən bildirilib ki, buraxılış imtahanlarının tarixləri rəsmi şəkildə müəyyənləşdirildikdən sonra bu barədə ictimaiyyətə rəsmi elan veriləcək.
Qurumun açıqlamasında vurğulanıb ki, imtahanlarla bağlı dəqiq və etibarlı məlumatlar yalnız DİM-in rəsmi saytı və sosial şəbəkə hesabları vasitəsilə paylaşılır.
Qeyd edək ki, hazırda sosial şəbəkələrdə və müxtəlif qruplarda DİM loqosu olan, buraxılış imtahanlarının tarixlərini əks etdirən poster yayılmaqdadır və bu məlumatlar aktuallığı əks etdirmir.
Seçilən
43
1
azadmedia.az

2Mənbələr