AZ

DİM-dən buraxılış imtahanları ilə bağlı yayılan xəbərlərə REAKSİYA

Sosial media platformalarında buraxılış imtahanları ilə bağlı məlumat əks etdirən poster DİM-in əvvəlki illərə aid, köhnə posterlərindəndir.

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahan tarixləri məlum olanda Dövlət İmtahan Mərkəzi elan edir.

"DİM-in sosial şəbəkə hesablarında və saytında bununla bağlı rəsmi məlumat paylaşılır", məlumatda vurğulanıb.

Qeyd edək ki, sosial mediada, qrup və səhifələrdə buraxılış imtahanlarının tarixlərini əks etdirən DİM loqolu poster yayılıb. (Mənbə: trend)

Seçilən
44
9
modern.az

10Mənbələr