AZ

PKK tərəfdarları Avropada təhlükəli təxribatlara əl atıb

Brüssel və Cenevrədə beynəlxalq təşkilatların binalarına hücumlar qeydə alınıb...

Poliqon xəbər verir ki, terror təşkilatı PKK-nın tərəfdarları Avropa ərazisində cəsarətli və təhlükəli hücumlar həyata keçiriblər. Belə ki, radikal terror təşkilatının üzvləri Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binasına soxulmağa cəhd göstərib, eyni zamanda İsveçrənin Cenevrə şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) binasına daxil olublar.

Məlumatlara görə, hər iki insident zamanı təhlükəsizlik qüvvələri operativ şəkildə müdaxilə edərək vəziyyəti nəzarət altına almağa çalışıb. Hadisələr nəticəsində xəsarət alanlar barədə rəsmi təsdiqlənmiş məlumat olmasa da, Avropanın ən mühüm beynəlxalq və siyasi institutlarının hədəf alınması ciddi narahatlıq doğurub.

Ekspertlər bildirirlər ki, bu cür hücumlar PKK-nın Avropa ölkələrindəki fəaliyyətinin getdikcə daha açıq və aqressiv xarakter aldığını göstərir. Qeyd olunur ki, təşkilat uzun müddətdir Avropada maliyyə toplama, təbliğat və təzyiq aksiyaları keçirməklə məşğul olsa da, beynəlxalq qurumların binalarına birbaşa müdaxilə təhlükəsizlik baxımından yeni mərhələyə keçid kimi qiymətləndirilir.

Avropa rəsmiləri baş verənləri qətiyyətlə pisləyərək, ictimai təhlükəsizliyə təhdid yaradan bu cür radikal fəaliyyətlərə qarşı sərt tədbirlərin görüləcəyini vurğulayıblar. Hazırda insidentlərlə bağlı araşdırmalar davam etdirilir, mümkün təşkilatçılar və iştirakçılar müəyyənləşdirilir.

Poliqon.info

Seçilən
44
poliqon.info

1Mənbələr