AZ

Suriyada kürd silahlı qruplaşmalarının toplantısına zərbə endirilib – YPG komandanı öldürüldü

Suriyanın Əl-Qamışlı (Qamışlı) şəhərində naməlum döyüş pilotsuz uçuş aparatları tərəfindən zərbə endirilib. Yerli mənbələrin məlumatına görə, hücum kürd silahlı birləşmələrinin – Suriya Demokratik Qüvvələri (SDQ), ONC/YPG və PKK-ya bağlı strukturların rəhbər heyətinin toplantı keçirdiyi obyektə tuş gəlib.

NOCOMMENT.az xəbər verir ki, zərbə nəticəsində YPG-nin (ONC) silahlı özünümüdafiə dəstələrinin komandanı, kürd silahlı hərəkatının əsas fiqurlarından biri hesab edilən Sipan Hamo həlak olub.

Hadisə ilə bağlı SDQ rəhbərliyi hələlik rəsmi açıqlama verməyib və Sipan Hamo-nun öldürülməsi faktını şərh etməyib.

Qeyd edək ki, hücumla bağlı məlumatlar Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda yerləşən sərhəd-keçid məntəqəsi yaxınlığında Türkiyə bayrağına qarşı təxribat cəhdindən qısa müddət sonra yayılıb. Bu da bölgədə gərginliyin daha da artdığına dair ehtimalları gücləndirir.

Seçilən
74
nocomment.az

1Mənbələr