AZ

"Qarabağ"dan "Ayntraxt" üzərində möhtəşəm qələbə VİDEO

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ" komandası hesabda yenidən önə keçir.

Bakupost.az xəbər verir ki, oyunun 90+3-cü dəqiqəsində Bəhlul Mustafazadə mükəmməl zərbə ilə fərqlənir - 3:2.

***

Duran 79-cu dəqiqədə matçda yenidən tarazlıq yaratdı: 2-2.

***

Matçın 78-ci dəqiqəsində "Ayntraxt" penalti zərbəsi ilə hesabda önə keçdi: 1-2.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ikinci hissə başlayıb.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ilk hissə başa çatıb.

Bakupost.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda tərəflər fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.

***

Can Uzun görüşün 10-cu dəqiqəsində hesabda tarazlıq yaratdı: 1-1.

***

Matçın 4-cü dəqiqəsində "Qarabağ" Duranın qolu ilə hesabı açdı: 1-0.

***

20:50

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda üz-üzə gələcək "Qarabağ" və Almaniyanın "Ayntraxt" kollektivlərinin start heyətləri bəlli olub.

Bakupost.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina

"Ayntraxt": Kauan Santos, Artyur Teate, Robin Kox (k), Ansqar Knauff, Rasmus Kristensen, Elie Skiri, Huqo Larsson, Nnamdi Kollinz, Nataniel Braun, Riçu Doan, Can Uzun.

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
71
14
www.bakupost.az

10Mənbələr