AZ

Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə1,44 ABŞ dolları və ya 2,07% azalaraq 67,95 dollar təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,49 dollar və ya 2,23%ucuzlaşaraq 65,44 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 0,19 dollar və ya 0,52% azalaraq, 36,11 dollar/bareləbərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,57 dollar vəya 0,84% azalaraq 67,43 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Məqalədə:
Seçilən
81
24
az.trend.az

10Mənbələr