AZ

AYB üzvlüyündən imtina edən yazıçı səbəbləri açıqladı

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, yazıçı-şair Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina edib.

Gununsesi.info sözügedən imtinanın səbəblərini öyrənib.

Yazıçı bu barədə deyib:

“Uzun illər AYB-də ev növbəsində olmuşam. Ancaq düz iki dəfə ərizəmi yoxa çıxardıblar. 2012-ci ildə İradə İsakın verilişində Rauf Aslanov və Ədalət Əsgəroğlu ilə teledebata çıxmışdıq. Hamı da bilir ki, məntiqli şəkildə cavablarını verdim. Sovet dövrü deyil, bir şey deyil. Mənə deyirdilər ki, Bakıda qeydiyyatın yoxdur, sənə necə ev düşsün? Dedim, mən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm, Azərbaycan yazıçıyam, bunun adı Bakı Yazıçılar Birliyi deyil. Bundan sonra Rauf Aslanov mənimlə düşmənçilik aparmağa başladı. O vaxt mən ora üzv olanda SSSR Yazıçılar Birliyi idi. Həmin zaman kitabı olmadan ora üzv olan 7 nəfərdən biri də məhz mən idim. Ancaq indi bunlar istedada, yazıya qiymət vermədilər, sifətləri döndü məndən. Mənə orada yaxşılıq edən tək adam Rəşad Məcid olub. Sonuncu dəfə Orxan Fikrətoğlu təşkil etdi, yubileyimi keçirtdilər, Rəşad Məcid də çıxış etdi. Vəssalam”.

Zahid Sarıtorpaq o cümlədən deyib:

“Mən universitetə 1981-ci ildə qəbul olmuşam. Bir il akademik məzuniyyət götürdüyümə görə 1988-ci ildə bitirdim. Xatirimdədir ki, rəhmətlik Heydər Əliyev Qorki adına institutu qurtaranların hamısına ev verilməsini demişdi. Mənimlə birgə oxuyan hamı ev aldı, sağlıqlarına qismət. Ancaq nədənsə, mənə vermədilər. Ev alanların Allah hamısının canınə sağ eləsin, evlər də sağııqlarına qismət. Ancaq hər şey ortadadır. Mən onların heç birindən zəif yazıçı deyiləm”.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
87
icma.az

1Mənbələr