AZ

Putin bu gün Fələstin Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

Rusiya Prezidenti Vladimir Putin bu gün Kremldə fələstinli həmkarı Mahmud Abbasla danışıqlar aparacaq.

Missiya.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, liderlər Yaxın Şərqdəki vəziyyəti, o cümlədən Qəzza zolağını müzakirə edəcəklər.

Qeyd olunub ki, bundan əlavə Putin və Abbas ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Daşqın HəsənovMissiya.Az

Seçilən
123
missiya.az

1Mənbələr