Çempionlar Liqasında VII turun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Msport.az UEFA-nın saytına istinadən xəbər verir ki, namizədlər “Real”dan Vinisius Junior, “Sportinq”dən Luis Suares, “Atletik”dən Robert Navarro və “Barselona”dan Fermin Lopesdir.
Vinisus “Monako” ilə matçda, Navarro “Atalanta” ilə görüşdə 1 qol vrub və 2 qol ötürməsi verib. Suares PSJ ilə oyunda, Femin Lopes isə “Slaviya” ilə qarşılaşmada dubl edib.
Qeyd edək ki, qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.