AZ

“Qarabağ”ın pley-off şansı yüksəkdir: 3 komandanın büdrəməsi kifayətdir

UEFA Çempionlar Liqasının VII turunda “Ayntraxt”ı məğlub edən “Qarabağ”ın növbəti turu yüksəlmək üçün ciddi şansları var.

İdmanxeber.az-ın məlumatına görə, son turda səfərdə “Liverpul”un qonağı olacaq Ağdam klubu məğlub olsa belə pley-offa vəsiqə qazana bilər. Bunun üçün turnir cədvəlində komandamızdan aşağıda qərarlaşan üç komanda – “Napoli”, “Kopenhagen” və “Brügge”nin qələbə qazanmamalıdır.

Hazırda Ağdam təmsilçisindən geridə olan adıçəkilən komandaların üçünün də  büdrəmisi halında Azərbaycan çempionu  adını növbəti tura yazdıracaq.

Əgər bunlar baş verməsə belə, “köhlən atlar”ın növbəti mərhələ şansları var. Bu, “Qarabağ”dam artıq ilk “24-lüy”dəki digər komandaların nəticələrindən asılı olacaq.

Xatırladaq ki, son turda “Napoli” “Çelsi”ni qəbul edir, “Kopenhagen” isə səfərdə “Barselona” ilə qarşılaşır. “Brügge” isə doğma meydanda “Marsel”i qəbul edəcək.

 

Seçilən
83
idmanxeber.az

1Mənbələr